Fransız "Yuventus"la razılaşdı, müqaviləni ləğv etdi

13 Avqust 2020 11:20 İtaliya 699
Fransız "Yuventus"la razılaşdı, müqaviləni ləğv etdi

“Yuventus” fransız yarımmüdafiəçisi Blez Matuidi ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.

33 yaşlı futbolçunun 2021-ci ilin yayına qədər olan müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib. Xidmətlərinə görə fransız yarımmüdafiəçiyə təşəkkür edən klub ona gələcək karyerasında uğurlar arzulayıb.

2017-ci ilin yayında Fransa PSJ-sindən "Yuventus"a keçən Matuidinin İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhemin sahibi olduğu ABŞ-ın "İnter Mayami" komandasına transfer olacağı gözlənilir.

Fransa millisinin də üzvü olan təcrübəli futbolçu 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti