Pulunu balta kəsməyən Ronaldo 8 milyona “Buqatti” aldı

31 İyul 2020 14:08 İtaliya 1 276
Pulunu balta kəsməyən Ronaldo 8 milyona “Buqatti” aldı

"Yuventus"un hücumçusu Kriştianu Ronaldo yeni avtomobil alıb.

Sportinfo.az xəbər verir ki, o, 8 milyon avoya "Bugatti Centodieci" alıb.

Bu, məhdud buraxışlı avtomobildi. Fransız şirkəti 110 illiyi şərəfinə sadəcə 10 ədəd "Centodieci"ni satışa buraxmaq qərarına gəlib.

Avtomobilin maksimal sürəti saatda 380 km.-di. "Bugatti Centodieci" 2,4 saniyə ərzində sürətini 100 km/saata çatdıra bilir.

Portuqaliyalı ulduzu "Yuventus"un A Seriyasındakı çempionluğu şərəfinə bu avtomobili sifariş etdiyi bildirilir. Ronaldo 2021-ci ildə "Bugatti Centodieci"sinə qovuşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi