A seriyası yeni formatda?

3 İyun 2020 13:40 İtaliya 592
A seriyası yeni formatda?

Növbəti mövsüm İtaliya çempionatı yeni formatda keçirilə bilər.

Sportinfo.az xəbər verir ki, A seriyasının rəhbərliyi bununla bağlı müzakirələr aparır.

Əgər yeni mövsümü sentyabrın 12-nə qədər başlamaq mümkün olmazsa, onda çempionatın formatı dəyişə bilər. Belə ki, klublar, hər birində 10 komanda olmaqla 1 qrupda mübarizə aparacaqlar.

Bundan sonra isə ən yaxşılar pley-offda qarşılaşacaqlar. Məsələ ilə bağlı İtaliya Futbol Federasiyasının rəhbəri Qabriel Qravin açıqlama verib:

“Əgər sentyabrın 12-nə qədər başlaya bilməsək, onda dəyişiklik etməli olacağıq. Reqlamentdə bir bənd var ki, bizə müxtəlif variantlardan yararlanmağa imkan verir.

Amma hazırda çalışırıq ki, çempionat standart formatda keçirilsin. Yox, alınmasa, onda qruplar və pley-off variantına üstünlük verə bilərik”

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”