“Darıxıram, özümdən asılı olsa, karyeramı bitirməzdim"

24 Mart 2020 14:08 İtaliya 478
“Darıxıram, özümdən asılı olsa, karyeramı bitirməzdim"

“Son zamanlar meydana çıxıb, yarım saat oynayır və istədiyini edə bilirdim. Karyeramı bitirməyi əsla istəmirdim”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Roma”nın canlı əfsanəsi Françesko Totti İtaliyada qatıldığı bir televiziya proqramında deyib.

O, futbol oynamaq üçün darıxdığını bildirib: “Özümdən asılı olsa, karyeramı bitirməzdim. Oyunlar üçün çox darıxıram. Futbolu buraxdıqdan sonra hər şeyə yenidən başlamalı və özünü yenidən kəşf etməli olursan. Futbolda idarəçi və futbolçu olmaq çox fərqli rollardır”.

Futbolçu karyerası ərzində “Roma”dan (1992-2017) başqa heç bir klubda çıxış etməyən İtaliya millisinin sabiq üzvü bir müddət əvvəl “canavarlar”ın idman direktoru təyin olunsa da, klub rəhbərliyi ilə arasındakı fikir ayrılığına görə istefa verib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!