Bu klubun daha iki futbolçusu koronavirusa yoluxdu

14 Mart 2020 14:22 İtaliya 720
Bu klubun daha iki futbolçusu koronavirusa yoluxdu

"Fiorentina"nın futbolçuları Patrik Kutrone və Herman Passelyada koronavirus aşkarlanıb.

Sportinfo.az xəbər verir ki, bu oyunçularla yanaşı Florensiya təmsilçisinin fizioterapevti Stefano Dainellinin də testi müsbət nəticə verib.

Onların hər üçünün vəziyyətinin normal olduğu bildirilib. Daha öncə "Fiorentina"nın digər futbolçusu Duşan Vlahoviç də koronavirusa yoluxub.

İtaliyada "Sampdoriya"nın 5 futbolçusu - Manolo Qabbyadini, Albin Ekdal, Omar Kolli, Antonio La Qumina və Morten Torsbyu, eləcə də klubun həkimi Amedeo Baldarinin koronavirusa yoluxduqları açıqlanıb.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır