"Yuventus"un 121 əməkdaşı karantinə yollandı

13 Mart 2020 01:10 İtaliya 642
"Yuventus"un 121 əməkdaşı karantinə yollandı

"Yuventus"un əməkdaşları könüllü karantinə yollanıb.

Sportinfo.az xəbər verir ki, bu qərar futbolçu Daniele Ruqaninin koronavirusa yoluxmasından sonra qəbul olunub.

Ümumilikdə 121 əməkdaş arasında klub prezidenti Andrea Anyelli başda olmaqla rəhbərlik, futbolçular, komanda personalı və digər şəxslər yer alıb. Onlar səhiyyə orqanlarının tələblərinə uyğun olaraq, evdə könüllü karantin keçəcəklər.

COVİD-19 ötən ilin sonlarında Çində peyda olub. Son məlumatlara əsasən, bu xəstəlik 4 500-dən çox insanın həyatına son qoyub. İnfeksiyaya yoluxanların sayı isə 66 min nəfərdən çoxdur. İtaliyada koronavirusdan 1 000 nəfər ölüb.

Digər Xəbərlər
Xəbər Lenti