"Yuventus" evdə xal itirdi - VİDEO

1 Dekabr 2019 19:00 İtaliya 1 476
"Yuventus" evdə xal itirdi - VİDEO

İtaliya A Seriyasında XIV turun oyunları davam edir. Sportinfo.az xəbər verir ki, lider "Yuventus" gözlənilmədən xal itirib.

Doğma meydanda "Sassuolo" ilə qarşılaşan Turin klubu rəqibin müqavimətini qıra bilməyib. Görüş 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, "Yuventus"un ən yaxın izləyicisi "İnter" bu gün SPAL-ı məğlub edəcəyi halda, zirvəyə yüksələcək. Hazırda "qoca sinyora"nın 36, milanlıların isə 35 xalı var.

Digər Xəbərlər
Xəbər Lenti