"Onu heyətimizə qata bilmərik, çünki cibimizə uyğun deyil”

29 Noyabr 2019 00:24 İtaliya 757
"Onu heyətimizə qata bilmərik, çünki cibimizə uyğun deyil”

“Parma”nın Zlatan İbrahimoviçi transfer etmək istədiyinə dair xəbərlər həqiqəti əks etdirmir. Sportinfo.az xəbər verir ki, A Seriyası təmsilçisinin idman direktoru Daniel Facano bu xəbərləri təkzib edib.

O, “The Guardian” nəşrinə açıqlamasında bunları söyləyib: “İbrahimoviç “Parma”da görmək istədiyim futbolçudu. Amma biz bu gün onu heyətimizə cəlb edə bilmərik. Çünki cibimizə uyğun deyil”.

İbrahimoviç ABŞ-ın “Los Anceles Qalaksi” klubundan ayrılandan bəri işsizdi. Onun adı İtaliya, İspaniya klubları ilə daha çox hallanır.

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM