"Hazırda komandanı gücləndirməyə ehtiyac duymuruq"

28 Noyabr 2019 10:05 İtaliya 691
"Hazırda komandanı gücləndirməyə ehtiyac duymuruq"

“Yuventus”un “Barselona”nın yarımmüdafiəçisi İvan Rakitiçi transfer etmək istədiyinə dair xəbərlər yayılıb. Sportinfo.az xəbər verir ki, Turin təmsilçisinin idman direktoru Fabio Paratiçi bu məlumatı təkzib edib.

O, ESPN-ə açıqlamasında bunları söyləyib: “Komandamızda əla futbolçular toplanıbş Buna görə də hazırda güclənməyə ehtiyac duymuruq. Hər mövqe üçün güclü oyunçularımız var”.

Rakitiç cari mövsümdə çox az oyun vaxtı qazanır. Bu üzdən də İspaniya mətbuatı xorvatiyalı futbolçunun Kataloniya klubundan ayrılacağını iddia edir. Onu almağa əsas namizədlərdən biri isə məhz “Yuventus” sayılır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 21:30 Çək və bizə göndər!