"Roma"nın sabiq futbolçusu Françesko Totti kluba qayıtmayacağını söyləyib. Sportinfo.az xəbər verir ki, 43 yaşlı sabiq hücumçu həssas insan olduğunu bildirib:
"Müəyyən bir yolu izləməyi qərara aldıqda onu tamamlayıram. "Roma" qayıtmağımı istəsə, bu, mənə çətinliklər yaradacaq. Amma imtina edəcəyəm. Qərarıma da hörmət edirəm".
Françesko Totti "Roma"da 1989-cu ildə gənclər komandasında debüt edib. O, 1992-ci ildə əsas heyətdə ilk matçını keçirib. Totti bütün peşəkar karyerasını (1992-2017) paytaxt təmsilçisinə həsr edib. O, daha sonra klubun direktoru təyin olunsa da, bu ilin iyun ayında istefa verib.

