"Milan"ın İbrahimoviçə təklif etdiyi müqavilənin detalları

22 Noyabr 2019 00:28 İtaliya 955
"Milan"ın İbrahimoviçə təklif etdiyi müqavilənin detalları

“Milan”ın ABŞ-ın “Los-Anceles Qelaksi” klubundan ayrılan Zlatan İbrahimoviçə təklif etdiyi müqavilənin detalları bəlli olub. Sportinfo.az xəbər verir ki, “rossoneri”lər 38 yaşlı hücumçu ilə 6 ay + 1 il şərti ilə sözləşmə imzalamaq istəyirlər.

“Milan”ın 18 ay üçün isveçli forvarda 6 milyon avro maaş təklif etdiyi bildirilir. İbrahimoviç ötən il transfer olunduğu “Los-Anceles Qelaksi”nin heyətində keçirdiyi 58 oyundan 53 qol vurub və 15 məhsuldar ötürmə verib.

Forvard daha öncə vətənində “Malmö”, Niderlandın “Ayaks”, İtaliyanın “Yuventus”, “İnter”, “Milan”, İspaniyanın “Barselona”, Fransanın PSJ və İngiltərənin “Mançester Yunayted” komandalarının formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM