"De Lixt "Yuventus"a keçdiyinə görə peşmandır"

19 Noyabr 2019 16:39 İtaliya 702
"De Lixt "Yuventus"a keçdiyinə görə peşmandır"

"Barselona" akademiyasının direktoru Patrik Kluyvert Matteys de Lixtin "Yuventus"a keçidinin səhv addım olduğunu bildirib.

Sportinfo.az xəbər verir ki, hollandiyalı futbol əfsanəsi həmyerlisinin Turin klubuna keçməklə düzgün qərar vermədiyini söyləyib:

"Mən de Lixti "Barselona"ya keçməsi üçün dilə tutmadım. Ona yalnız klub və şəhər haqda xoş sözlər dedim. De Lixt səviyyəli futbolçudur, amma o, sonda “Yuventus”u seçdi. Məncə, o, verdiyi qərara görə bir az peşmandır. Həyatda bu cür anlar olur. Hərdən seçimin düz olur, hərdən də səhv. İstənilən halda verdiyin qərardan dərs çıxarmalısan".

De Liqt bu il 75 milyon avro qarşılığında “Ayaks”dan “Yuventus”a keçib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"