Xanımı İbrahimoviçin keçidinə icazə vermir

19 Noyabr 2019 00:50 İtaliya 885
Xanımı İbrahimoviçin keçidinə icazə vermir

İtalia A seriyası təmsilçisi "Bolonya" Zlatan İbrahimoviçi qışda transfer etmək istəyir.

Sportinfo.az xəbər verir ki, İtaliya klubu isveçliyə rəsmi təklif də göndərib. Amma futbolçunun bu kluba keçməsinə xanımı imkan vermir. O, Zlatanın "Bolonya"ya deyil, "Milan"a keçməsinin tərəfdarıdır.

İbrahimoviçin xanımı özü də Milanda yaşamaq istəyir. İbrahimoviç qəti qərarını yanvarda verəcək. Futbolçu hazırda leykamiya xəstəliyindən əziyyət çəkən Sinişa Mihayloviçə kömək etmək üçün "Bolonya"ya keçmək istəyir. Təcrübəli forvardla ciddi maraqlanan üçüncü klub isə "Napoli"dir.

Digər Xəbərlər
Xəbər Lenti