Ronaldo onu da “Yuventus”a gətirmək istəyir

19 Noyabr 2019 09:23 İtaliya 1 292
Ronaldo onu da “Yuventus”a gətirmək istəyir

Kriştiano Ronaldo “Real”ın futbolçusu Kərim Benzemanın da “Yuventus”a keçməsini istəyir.

Sportinfo.az xəbər verir ki, Ronaldo Kərimin onun məhsuldarlığına böyük kömək etdiyi qənaətindədir. O, “Real”da oynadığı müddətdə Kərimlə əla anlaşırdı.

“Real”da oyun Ronaldonun üzərində qurulduğundan, Benzema da portuqal futbolçunun qol vurması üçün hər cür dəstək göstərirdi.

Məlumata görə, Ronaldo Turin nəhənginin rəhbərliyindən Benzemanı transfer etməyi xahiş edib. Ancaq o da bildirilir ki, “Real”ın baş məşqçisi Zinəddin Zidan Kərimi buraxmaq niyyətində deyil. Benzemanın “Real”a müqaviləsi 2022-ci ilin yayında başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti