"Fransa, İspaniya və İngilətərə səviyyəsindən uzağıq"

19 Noyabr 2019 09:51 İtaliya 1 081
"Fransa, İspaniya və İngilətərə səviyyəsindən uzağıq"

İtaliya millisini müdafiəçisi Leonardo Bonuççi yerli mətbuata verdiyi açıqlama ilə gündəmə gəlib.

Sportinfo.az xəbər verir ki, o, İtaliya millisinin hələ aparıcı millilərdən zəif olduğunu söyləyib. Bonuççi millidəki cavan futbolçularda təcrübəsizlik müşahidə etdiyini bildirib:

"Biz İspaniya, Fransa, Almaniya və İngiltərə millisinin səviyyəsindən açıq-aşkar uzağıq. Hələ ki, təcrübəmiz yoxdur. Adını sadaladığım millilərin heyətində isə dünya futbolunda kifayət qədər təcrübəsi olan oyunçular yer alıb. Amma millimiz inkişaf üçün böyük təcrübəyə malikdir”.

Digər Xəbərlər
Xəbər Lenti