Totti agent olacaq

16 Noyabr 2019 15:20 İtaliya 503
Totti agent olacaq

İtaliyanın əfsanəvi futbolçusu Françesko Totti gələcək fəaliyyətilə bağlı qərar qəbul edib. Sportinfo.az xəbər verir ki, 43 yaşlı fenomen özünü futbol agenti kimi sınamaq niyyətindədir.

O, buna görə bir neçə gün əvvəl Londonda “Stellar Group” rəsmilərilə görüşüb. Əgər danışıqlar müsbət yekunlaşarsa, Totti yanvardan sonra agent kimi fəaliyyət göstərəcək. Françesko 2017-ci ildə futbolla vidalaşandan sonra iki il “Roma”da idman direktoru vəzifəsində çalışsa da, cari ilin iyununda postundan ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti