Ronaldo gedir, yoxsa Sarri göndərilir? - QALMAQAL

11 Noyabr 2019 12:13 İtaliya 2 346
Ronaldo gedir, yoxsa Sarri göndərilir? - QALMAQAL

“Yuventus”un ulduzu Kriştiano Ronaldo ilə baş məşqçi Maurisio Sarri arasında "soyuq küləklər" əsməyə başlayıb.

Sportinfo.az xəbər verir ki, A Seriyasının 12-ci turunun "Milan”la oyununda - 55-ci dəqiqədə əvzələnən portuqaliyalı meydanı tərk edən kimi birbaşa paltardəyişmə otağına yollanıb.

34 yaşlı forvard noyabrın 3-də Çempionlar Liqasının qrup mərhələsinin "Lokomotiv"lə səfər (1:2) görüşündə də əvəzlənəndən sonra baş məşqçinin əlini sıxmamışdı. İtaliya mətbuatı futbolçu ilə çalışdırıcının münasibətlərinin korlandığını iddia edir.

Hətta bu iki simadan birinin Turin klubunu tərk edəcəyi deyilir.

Digər Xəbərlər
Xəbər Lenti