Remsi Ronaldodan üzr istədi

7 Noyabr 2019 18:41 İtaliya 910
Remsi Ronaldodan üzr istədi

“Yuventus”un futbolçusu Aaron Remsi komanda yoldaşı Kriştiano Ronaldodan üzr istəyib. Sportinfo.az xəbər verir ki, Remsi “Lokomotiv”lə oyunda Ronaldonun zərbəsindən sonra qapıya gedən topa toxunduğu üçün üzr istəyib. O, həmin epizodu belə şərh edib:

“Kriştianodan üzr istəyirəm. Amma həmin məqamda daxilimdən gələn bir səs dedi ki, topa toxunmaq lazımdır. Yəqin ki, bu, karyeramın ən qəribə qoludur.

Təəssüf ki, mövsümün əvvəlindəki təlim-məşq toplanışını zədəyə görə buraxmalı olmuşdum. İndi isə özümü əla hiss edirəm. Ümid edirəm ki, bundan sonra komandama daha çox yardım edə biləcəm. Qarşıda bizi çox iş gözləyir. Ancaq ilkin tapşırığı yerinə yetirmişik, qrupdan çıxmağı bacarmışıq”.

Digər Xəbərlər
Xəbər Lenti