Superkubokun finalı Ərəbistanda keçiriləcək - 2-Cİ DƏFƏ

6 Noyabr 2019 22:01 İtaliya 821
Superkubokun finalı Ərəbistanda keçiriləcək - 2-Cİ DƏFƏ

İtaliya Superkubokunun finalı ardıcıl ikinci dəfə Səudiyyə Ərəbistanında keçiriləcək.

Sportinfo.az xəbər verir ki, dekabrın 22-nə planlaşdırılan həlledici "Yuventus" - "Latsio" matçı paytaxt Ər-Riyadda təşkil ediləcək.

Ötən il də İtaliya kubokunun finalı - "Yuventus" - "Milan" oyunuda Ərəbistan yarımadasında, Ciddə şəhərində keçirilmiş və Turin klubu 1:0 hesabı ilə qalib gələrək baş mükafata sahib çıxmışdı.

Maurisio Sarrinin rəhbərlik etdiyi "Qoca sinyora" ölkə Superkubokunu indiyə qədər 8 dəfə qazanıb. Roma klubunda isə bu göstərici 4-ə bərabərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti