Yeni baş məşqçi gətirdilər

6 Noyabr 2019 01:36 İtaliya 815
Yeni baş məşqçi gətirdilər

“Breşiya”nın yeni baş məşqçisi müəyyənləşib. Sportinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi Fabio Qrossoya tapşırılıb.

41 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb. Qrosso “Breşiya”da bir neçə gün öncə istefaya göndərilmiş Eugenio Korinini əvəz edib.

Sözügedən mütəxəssisin istefasına komandanın uğursuz çıxışı səbəb olub. Məsələ burasındadı ki, “Breşiya” 11 turdan sonra A Seriyasında 19-cu pillədə qərarlaşıb. Fabio Qrosso daha öncə “Bari” və “Verona” klublarını çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM