Balotelliyə qarşı irqçilik etdi, cəzası bəlli oldu

6 Noyabr 2019 00:14 İtaliya 526
Balotelliyə qarşı irqçilik etdi, cəzası bəlli oldu

“Verona” klubu “Breşiya” ilə görüşdə rəqibin forvardı Mario Balotelliyə qarşı irqçilik edən fanatların kimliyini aydınlaşdırıb. Sportinfo.az xəbər verir ki, Balotelliyə qarşı irqçilik şüarlarını səsləndirməyə başlayan fanat qrupunun rəhbəri Luki Kastelliniyə cəza verilib. Onunla yanaşı daha bir neçə azarkeş “Verona”nın 2030-cu ilə kimi ev oyunlarına daxil ola bilməyəcək.

İnsident İtaliya A seriyasının 11-ci turunun “Verona” – “Breşiya” görüşünün gedişi zamanı baş vermişdi. Balotelliyə qarşı irqçi şüarlar səsləndirməyə başlayan Kastellini, bu azmış kimi oyundan sonra forvardı “qara” adlandıraraq, onun heç vaxt əsl italyan ola bilməyəcəyini bildirmişdi.

Digər Xəbərlər
Xəbər Lenti