Dünya çempionu iş başında

5 Noyabr 2019 13:35 İtaliya 444
Dünya çempionu iş başında

İtaliya millisinin və "Yuventus"un sabiq müdafiəçisi Fabio Qrosso "Breşiya"nın baş məşqçisi olmağa yaxındır.

Sportinfo.az xəbər verir ki, dünya çempionu bu postda istefaya göndərilən Eucenio Korinini əvəzləyəcək.

"Breşiya" rəhbərliyinin Qrosso ilə artıq razılaşdığı və yaxın saatlarda onu baş məşqçi kimi ictimaiyyətə təqdim edəcəyi gözlənilir. Sabiq müdafiəçinin son iş yeri mayda tərk etdiyi "Verona" olub.

2006-cı ildə Almaniyada keçirilən dünya çempionatının finalında - Fransa ilə görüşdə oyunsonrası penaltilər seriyasında vurduğu dəqiqə zərbə ilə "skuadra azzura"ya qızıl medalları qazandıran Qrossunun çalışacağı "Breşia" hazırda A seriyasında turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti