Kyellininin yeni peşəsi

5 Noyabr 2019 13:01 İtaliya 754
Kyellininin yeni peşəsi

"Yuventus"un müdafiəçisi Corcio Kyellini karyerasını bitirdikdən sonra hansı işlə məşğul olacağına qərar verib.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı dünya çempionu direktor vəzifəsini icra edə bilmək üçün kursa başlayıb.

Hazırda zədəsini sağaltmaqla məşğul olan futbolçu karyerasını başa vurandan sonra direktor fəaliyyəti ilə məşğul olacaq. Bu yay futbolla vidalaşan "byankonerilər"in başqa bir üzvü - Andrea Barzalyi Turin klubunda müdafiəçilərlə işləyən məşqçi kimi çalışır.

Digər Xəbərlər
Xəbər Lenti