Ançelotti cəzalandırıldı

1 Noyabr 2019 13:13 İtaliya 1 182
Ançelotti cəzalandırıldı

"Napoli"nin baş məşqçisi Karlo Ançelotti cəzalandırılıb.

Sportinfo.az xəbər verir ki, İtaliya A Seriyasının 10-cu turunun “Atalanta” ilə oyununda (2:2) qırmızı vərəqə alan mütəxəssis 1 oyunluq diskvalifikasiya olunub.

60 yaşlı mütəxəssis Berqamo klubu ilə oyunda hakimin qərarlarına sərt reaksiya göstərdiyi üçün meydandan qovulmuşdu. Neapol klubu həm də azarkeşlərinin meydana plastik şüşə atmasına görə 3 min avro cərimələnib.

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM