Buffon karyerasını başa vurmaq istəmir

29 Oktyabr 2019 16:39 İtaliya 790
Buffon karyerasını başa vurmaq istəmir

"Yuventus"un qapıçısı Canluici Buffon karyerasını başa vurmaq haqda düşünmür.

Sportinfo.az xəbər verir ki, 41 yaşlı qapıçı mövsüm başa çatandan sonra karyerasını başa vurmayacaq.

O, qarşıdakı mövsümə də "Yuve"də başlamaq niyyətindədir. "Qoca sinyora" rəhbərliyi də italiyalı qapıçını komandada saxlamağın əlehinə deyil.

Yeni mövsümün əvvəlində Buffonun 42 yaşı olacaq. PSJ-də qalmaq istəməyən təcrübəli çərçivə qoruyucusu hazırda Turin klubunda Voytsex Şesnının əvəzləyicisidir. Amma qolkiper hazırkı durumundan narazı olmadığını bildirib.

Digər Xəbərlər
Xəbər Lenti