Riberi İtaliyada qalmaqal saldı - VİDEO

28 Oktyabr 2019 13:28 İtaliya 584
Riberi İtaliyada qalmaqal saldı - VİDEO

"Fiorentina"nın yeni transferi Frank Riberini ağır cəza gözləyir.

Sportinfo.az xəbər verir ki, buna səbəb fransalı futbolçunun İtaliya A Seriyasının 9-cu turunun "Fiorentina" - "Latsio" qarşılaşması başa çatandan sonra görüşün baş hakimini itələməsi olub.

Paytaxt klubunun hücumçusu Çiro İmmobilenin 89-cu dəqiqədə vurduğu qələbə qolunun ədalətsiz olduğunu düşünən və hakimlərə sərt şəkildə etiraz edən 36 yaşlı futbolçuya Marko Quida birbaşa qırmızı vərəqə göstərib.

Qarşılaşma 2:1 hesabı ilə "Latsio"nun xeyrinə başa çatıb. Roma klubu 90+7-ci dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!