67 yaşlı məşqçi A seriyası klubunda

11 Oktyabr 2019 20:38 İtaliya 464
67 yaşlı məşqçi A seriyası klubunda

İtaliya A Seriyasında çıxış edən “Sampdoriya”nın yeni baş məşqçisi müəyyənləşib.Sportinfo.az xəbər verir ki, Genuya təmsilçisi Klaudio Ranyeri ilə anlaşıb.

67 yaşlı mütəxəssislə bu gün müqavilə bağlanılacağı gözlənilir. O, bu postda uğursuz nəticələrə görə istefaya göndərilən Eusebio Di Françeskonu əvəzləyəcək.

Ranyeri bu ilin martında “Roma”nın baş məşqçi postunu tərk edib. “Sampdoriya” A Seriyasında 7 turdan sonra 3 xalla sonuncu yerdə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti