İbrahimoviç: "Milan"ı bu vəziyyətdə görmək çox kədərlidir"

9 Oktyabr 2019 10:25 İtaliya 458
İbrahimoviç: "Milan"ı bu vəziyyətdə görmək  çox kədərlidir"

İsveçli futbol ulduzu, hazırda ABŞ-ın "Los Anceles Qelaksi" klubunda oynayan Zlatan İbrahimoviç vaxtilə formasını geyindiyi "Milan" haqqında açıqlama verib.

Sportinfo.az "Sky Sport Italia"ia istinadən məlumat verir ki, ulduz futbolçu "Milan"ın hazırki durumuna üzüldüyünü deyib: "Milan"ı bu vəziyyətdə görmək mənim üçün çox kədərlidir. Bu klub hər zaman yüksəklərdə olub. Həmişə heyətində dünyanın ən yaxşı futbolçularından kimsə oynayıb. Amma indi belə deyil. Çünki bunun üçün pul xərcləyən rəhbərlik lazımdır. Pulsuz keyfiyyət əldə etmək mümkün deyil".

"Milan" hazırda İtaliya A seriyasında 7 turdan sonra 13-cü pillədə qərarlaşıb. Komandanın uğursuz çıxışına görə ötən gün baş məşqçi Marko Campaolo istefaya göndərilib. Zlatan İbrahimoviç isə "Milan"da 2010-2012-ci illərdə çıxış edib və 61 rəsmi matçda 42 qol vurub.

rəhbərliyini komanda üçün pul xərcləməməkdə günahlandırıb: ""

Digər Xəbərlər
Xəbər Lenti