A Seriyası klubuna rədd cavabı verdi

5 Oktyabr 2019 00:42 İtaliya 528
A Seriyası klubuna rədd cavabı verdi

Yeni baş məşqçi axtarışında olan "Cenoa" "Milan"ın sabiq baş məşqçisi Cennaro Qattuzoya təklif göndərib.

Sportinfo.az xəbər verir ki, 41 yaşlı mütəxəssis bu təklifi geri çevirib. Onun İtaliya xaricində işləmək istədiyi bildirilir. Qattuzonun "Milan"a qayıdacağı ilə bağlı söz-söhbətlər də dolaşmaqdadı.

"Cenoa" Qattuzonun imtinasından sonra Tyaqo Motta ilə danışıqlara başlayıb. Əgər Genuya klubu növbəti turda "Milan"a uduzsa, baş məşqçi Aurelio Andreatsolli istefaya göndəriləcək. Hazırda hesabında 5 xal olan "Cenoa" A Seriyasının turnir cədvəlində 18-cidi.

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM