Canluici Donnarumma “Milan”da oynamaq istəmir.
Sportinfo.az xəbər verir ki, 20 yaşlı qolkiper “Milan”nın yeni təklifini geri çevirib. Klub rəhbərliyi ona illik 6 milyon avro məvacib vəd etsələr də, qapıçı bununla razılaşmayıb.
İtaliya mətbuatı iddia edir ki, bütün bunların günahkarı qapıçının agenti Mino Rayoladır. O, İtaliya klubunun rəhbərliyindən tələb edir ki, ya qapıçıya daha yüksək məvacib versinlər, ya da onu komandadan aparacaq.
Agentin məqsədi isə qolkiperə görə daha artıq qonorar almaqdır. İtaliya mətbuatı onu “Milan”la “müharibə” aparmaqda qınayır. Donnarummanın qüvvədə olan müqaviləsi 2021-ci ilə qədər nəzərdə tutulub.

