Qattuzo "Cenoa"nın təklifini rədd etdi

3 Oktyabr 2019 11:20 İtaliya 499
Qattuzo "Cenoa"nın təklifini rədd etdi

"Milan"ın sabiq baş məşqçisi Cennaro Qattuzo "Cenoa"nın təklifindən imtina edib. Sportinfo.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis bu günlərdə Moskvaya gələrək, Rusiya çempionatının oyununu izləmişdi.

"Cenoa" Qattuzonun imtinasından sonra Tyaqo Motta ilə danışıqlara başlayıb. Əgər Genuya klubu növbəti turda "Milan"a uduzsa, baş məşqçi Aurelio Andreatsolli istefaya göndəriləcək.

Hazırda hesabında 5 xal olan "Cenoa" turnir cədvəlində 18-ci yeri tutur.

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM