
“Yuventus”un baş məşqçisi İqor Tudor cari mövsümdə A Seriyasında çempionluq şansları barədə danışıb.
Turin klubu 2020-ci ildən bəri titul qazana bilmir və mövsümün əvvəlində favoritlər sırasında göstərilmir.
Sportinfo.az DAZN-a istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis komandasının gücünə inanır:
“Əlbəttə ki, komandamız skudetto uğrunda mübarizə aparmağa qadirdir. Mövsümün əvvəlində bir neçə komanda toplanışında bunu dilə gətirmişdim, amma artıq bu mövzunu qaldırmaq fikrim yoxdur.
Mən yalnız konkret işlərdən danışıram. Nəticə qazanmaq lazımdır, söhbət yox”.
Martda “Yuventus”un “sükan arxasına” keçən Tudorun komandası sabah A Seriyasının 3-cü turunda evdə “İnter”lə qarşılaşacaq.