
“Latsio”nun baş məşqçisi Mauritsio Sarri milli üzvü olan oyunçuların klublarına elə də faydalı olmadığını düşünür.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı məşqçi məsələ ilə bağlı bunu deyib:
“Fikir versəz, ilin sonuna qədər futbolçular 4 beynəlxalq fasilə vermiş olacaqlar, bu da onların 48 gün meydana çıxa bilməyəcəkləri deməkdir.
Afrika kuboku ilə əlaqədar daha 35 gün, dünya çempionatı ilə əlaqədar 35 gün və məzuniyyətlə əlaqədar 4 həftə meydana çıxa bilməyəcəklər.
Futbolçular klublarında 6 ay başqa bir şey etmək üçün pul alırlar. Təqvimə yenidən baxmalıyıq”.