“Yuventus” 20 milyon avroluq təklifi rədd etdi

19 Sentyabr 00:20 İtaliya 613
“Yuventus” 20 milyon avroluq təklifi rədd etdi

“Yuventus”un müdafiəçisi Lyod Kelli yay transfer pəncərəsində İngiltərəyə qayıda bilərmiş.

Sportinfo.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Sanderlend” avqustda 26 yaşlı futbolçu üçün 20 milyon avro təklif edib.

Ancaq Turin klubu bu təklifi qəbul etməyib.

Kelli özü də İtaliyada qalmaq istədiyini bildirib. Baş məşqçi İqor Tudor isə onu yüksək qiymətləndirir və komandada qalmasını istəyib.

İngiltərəli müdafiəçi cari mövsümdə bütün turnirlərdə 4 oyunda iştirak edib və 2 qolla yadda qalıb. Onunla “Yuventus” arasındakı müqavilənin müddəti 2029-cu ilə qədər nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
7 Dekabr 20:00 Çək və bizə göndər!