Kənanla yeni müqavilə imzalayacaq - “Yuventus”

19 Sentyabr 2025 01:30 İtaliya 964
Kənanla yeni müqavilə imzalayacaq - “Yuventus”

“Yuventus”un yarımmüdafiəçisi Kənan Yıldız yaxın vaxtlarda klubla yeni müqavilə imzalaya bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 20 yaşlı futbolçu ilə danışıqlar bir müddətdir davam edir.

Turin klubunun rəhbərliyi müqaviləyə sərbəstqalma qiyməti maddəsinin salınmasına qarşı çıxır.

Hesab edirlər ki, dəqiq transfer məbləğinin göstərilməsi digər klubların, xüsusilə də, maliyyə üstünlüyünə sahib İngiltərə Premyer Liqası təmsilçilərinin diqqətini daha da artıracaq.

Türk futbolçu cari mövsümdə İqor Tudorun komandasında 4 oyunda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"