“Liverpul”, “Bayern” və “Real”ın eyni hədəfi – Fransalı yarımmüdafiəçi

12 İyul 2024 18:20 İtaliya 1 243
“Liverpul”, “Bayern” və “Real”ın eyni hədəfi – Fransalı yarımmüdafiəçi

Fransa millisinin yarımmüdafiəçisi Adrien Rabio ilə Avropanın üç aparıcı klubu maraqlanır.

Sportinfo.az “Calciomercato”-ya istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçinin xidmətində “Liverpul”, “Bayern” və “Real” kimi klublar maraqlıdır.

Onun uğrunda yarışda hansı klubun favorit hesab edildiyi hələlik məlum deyil.

29 yaşlı futbolçu İtaliya çempionatının ötən mövsümündə 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

O, 2019-cu ildən “Yuventus”da çıxış edirdi. Rabio “Yuventus”la müqaviləsi başa çatdıqdan sonra azad agent statusu alıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Dekabr 18:10 Çək və bizə göndər!
27 Dekabr 02:30 1000 manatlıq söyüş