Hələlik əməkhaqqının məbləği ilə bağlı razılığa gələ bilmirlər

2 Aprel 00:20 İtaliya 198
Hələlik əməkhaqqının məbləği ilə bağlı razılığa gələ bilmirlər

"İnter" hücumçusu Lautaro Martinezlə yeni müqavilə imzalayacağına ümid edir.

Sportinfo.az xəbər verir ki, futbolçunun agenti Alexandro Kamano Çempionlar Liqasında "Atletiko” (Madrid) ilə cavab oyunu öncəsi klub nümayəndələri ilə danışıqlar aparıb.

Tərəflər hələlik əmək haqqının məbləği ilə bağlı razılığa gələ bilmirlər. Lautaro Martinez illik 10 milyon avro qazanmaq istəyir.

"İnter" isə 8 milyon avro maaş və bonuslarla kifayətlənməyi planlaşdırır. Avropanın əksər klublarından təklif alan Martinezin hansı qərarı verəcəyi mövsümün sonunda dəqiqləşəcək.

2018-ci ildə Argentinanın "Rasinq" klubundan "İnter"ə keçən argentinalının müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU