"Fasilədə baş məşqçi bizə bildirdi ki..." - Yeni transferdən SƏMİMİ ETİRAF

25 Noyabr 2021 15:40 İtaliya 541
"Fasilədə baş məşqçi bizə bildirdi ki..." - Yeni transferdən SƏMİMİ ETİRAF

“İnter”in hücumçusu Edin Dzeko Çempionlar Liqasının 5-ci turunun “Şaxtyor”la görüşündən sonra mətbuata danışıb.

Sportinfo.az xəbər verir ki, Donetsk klubu ilə görüşdə dubl edən bosniyalı bunları deyib:

“İnter” qol vurmağım üçün məni komandaya gətirib. Mən də üzərimə düşəni etməyə çalışıram.

İlk yarıda biz çox səhv etdik. Ancaq “Şaxtyor”un qapıçısı da yaxşı oynadı. Biz qol buraxmadan dayanmalı idik.

İkinci hissədə isə 2 qol vurmağı bacardıq. Önəmli 3 xal qazandıq. Birinci hissədə top sanki qapıya daxil olmaq istəmirdi. Sonda istəyimizə çatdıq.

Fasilədə baş məşqçi bildirdi ki, bu səviyyədə də davam etməliyik. Çünki komanda ilk yarıda yaxşı oynayırdı. Perişiçin asması isə sadəcə ideal idi”.

Digər Xəbərlər
Xəbər Lenti