Azərbaycanda oynamış serbiyalı müdafiəçi “Ximki”də

9 İyul 2024 01:50 Zirə 932
Azərbaycanda oynamış serbiyalı müdafiəçi “Ximki”də

“Zirə”nin sabiq müdafiəçisi Nemanya Ancelkoviçin yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, serbiyalı karyerasını “Ximki”də davam etdirəcək.

27 yaşlı futbolçu yeni klubuna azad agent kimi qoşulub.

Ancelkoviç 2021-2023-cü illərdə “Zirə”nin şərəfini qoruyub. O, “qartallar”ın heyətində meydana çıxdığı 55 matçda 1 qol vurub.

Serb müdafiəçi ötən mövsümü isə Rusiyanın I Liqa klubu “Akron”da keçirib.

Bu komanda ilə Premyer Liqaya vəsiqə qazansa da, Ancelkoviç qarşılıqlı razılıq əsasında kollektivdən ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti