"Hər iki hücumçunun böyük gələcəyi var"

10 Sentyabr 2021 01:38 İtaliya 829
"Hər iki hücumçunun böyük gələcəyi var"

İtaliyanın baş məşqçisi Roberto Mançini DÇ-2022-nin seçmə mərhələsində Litvanı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, Mançini 5:0 hesabıyla qələbə qazandıqları oyunla bağlı bunları deyib:

“Son iki gün ərzində bir çox futbolçumuzu itirdik. Bu matçda şans qazanan futbolçular özlərini yaxşı tərəfdən göstərə bildilər.

Beş qol vurmaq heç vaxt asan deyil. Cakomo Raspadorinin yaxşı keyfiyyətləri var. O, gəncdir və təcrübə qazanmalıdır.

Onunla yanaşı, Moyze Kinin də yaxşı potensialı var. Onlar təcrübələrini artırmalıdırlar. Hər iki hücumçunun böyük gələcəyi var”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı