İngiltərə millisinin keçmiş futbolçusu B Seriyası klubunda

8 Sentyabr 2021 00:28 İtaliya 825
İngiltərə millisinin keçmiş futbolçusu B Seriyası klubunda

“Arsenal”ın sabiq futbolçusu Cek Uilşir İtaliyanın “Komo” klubu ilə məşqlərə başlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə B Seriyasının mətbuat xidməti məlumat yayıb.

Turnirin “tvitter” hesabında edilən paylaşımda, Uilşirin “Komo”nun məşqlərinə qoşulduğu bildirilib.

“Komo” ingilis futbolçu ilə müqavilə imzalasa belə, onu çempionat oyunları üçün qeydiyyatdan keçirə bilməz.

İngiltərə yığmasında 34 oyuna çıxan Uilşir, daha əvvəl “Arsenal”, “Bornmut”, “Vest Hem” kimi klublarda çıxış edib. Yarımmüdafiəçi hazırda azad agentdir.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi