Ronaldo İngiltərəyə qayıdır?

25 Avqust 2021 15:40 İtaliya 1 833
Ronaldo İngiltərəyə qayıdır?

"Yuventus" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu (Cristiano Ronaldo) komanda yoldaşları ilə "Mançester Siti"yə mümkün transferini müzakirə edib.

Sportinfo.az xəbər verir ki, bu barədə idman jurnalisti Simone Rovera şəxsi "Twitter" hesabında məlumat yayıb.

Futbolçu bu keçidin baş tutmasını təkcə hazırki komanda yoldaşları ilə deyil həm də "Mançester Siti"nin futbolçuları ilə də müzakirə edib. Məlumatda deyilir ki, hazırda Ronaldu bu transfer barədə ətraflı düşünür. "Şəhərlilər" portuqaliyalı ulduza 30 milyon avroya təklif edir. "Yuventus" bu təkliflə razıdır.

Xatırladaq ki, Ronaldo 2018 -ci ildən "Yuventus"da oynayır. 36 yaşlı portuqaliyalı forvard ötən mövsüm 29 qol vuraraq İtaliya çempionatının bombardiri olub.

Digər Xəbərlər
Xəbər Lenti