“Milan”la razılaşdı,  “Çelsi”dən cavab gözləyirlər

24 İyun 2021 00:00 İtaliya 980
“Milan”la razılaşdı,  “Çelsi”dən cavab gözləyirlər

“Çelsi”nin futbolçusu Olive Jiru karyerasını A seriyasında davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, Jiru “Milan”nın şərəfini qoruyacaq.

Fransız hücumçu artıq müqavilə şərtlərini razılaşdırıb.

Onun illik məvacibi 4 milyon avro olacaq. Şərtləri razılaşdıran tərəflər “Çelsi”nin cavabını gözləyirlər. Onlar ümid edirlər ki, London klubu 34 yaşlı hücumçunu havayı buraxacaq.

Jirunun qüvvədə olan müqaviləsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub. O, “Çelsi”də 2018-ci ildən çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?