Nəhayət, pul ödənildi, klublar barışdı

5 Mart 2021 10:00 İtaliya 1 212
Nəhayət, pul ödənildi, klublar barışdı

Mətbuatda məlumat yayılmışdı ki, “Mançester Yunayted” “İnter”dən Lukakunun transferinə görə bonus tələb edib.

Sportinfo.az xəbər verir ki, “La Repubblica” nəşrinin əməkdaşı Franko Vanni bu məlumatı təkzib edib.

O, bonusun çoxdan ödəndiyini bildirib:

“Ötən mövsümün nəticələrinə əsasən, “İnter” “Mançester Yunayted”ə 1,9 milyon avro bonus ödəməli idi. Amma pandemiyayaya görə ödəmə gecikdi və son tarix kimi 2021-ci ilin iyul ayı təsdiqləndi.

Ancaq “İnter” bu bonusu yanvar ayında ödədi. İndi klublar arasında çox yaxşı münasibət var”.

Məlumatda bildirilirdi ki, “İnter” “Mançester Yunayted”ə 5 milyon avro bonus ödəməlidir. O da vurğulanırdı ki, bonus vaxtında ödənilməsə, “İnter” transfer haqqını birdəfəlik ödəmək öhdəliyi götürüb.

Hazırda “İnter” Lukakunun transferinə görə 24 milyon avro ödəniş edib. Amma 74 milyon avro ödəməlidir.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!