"Mən özümü onunla müqayisə edə bilmirəm" - "Milan"ın hücumçusu

11 Yanvar 01:30 İtaliya 791
"Mən özümü onunla müqayisə edə bilmirəm" -

“Milan”ın forvardı Rafael Leao komandanın isveçli sabiq hücumçusu, hazırda klubda məsləhətçi kimi çalışan Zlatan İbrahimoviçin əhəmiyyətindən danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu, İbrahimoviçin çox önəmli olduğunu bildirib:

“Zlatan çox önəmlidir, o, məni həmişə qalib gəlməyə çalışmaq üçün hər an səviyyəmi yüksəltməli olduğumu düşündürür.

Mən özümü onunla müqayisə edə bilmirəm. O, nümunədir. Qalib gəlmək üçün nə lazım olduğunu bilir və bunu hamımıza çatdırmağa çalışır”.

42 yaşlı İbrahimoviç 2023-cü ilin yayında karyerasını bitirib.

Digər Xəbərlər
Xəbər Lenti