“Barselona” futbolçularının pulunu azaltdı - 122 milyon avro

28 Noyabr 2020 12:00 İspaniya 404
“Barselona” futbolçularının pulunu azaltdı - 122 milyon avro

Koronavirus pandemiyasına görə ciddi maliyyə problemləri ilə üzləşən “Barselona” nəhayət ki, futbolçuların və məşqçilərin maaşlarını azaltmağa nail olub.

Sportinfo.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə ciddi sıxıntılarla üzləşən klubun önəmli bir addım atdığı diqqətə çatdırılıb. Belə ki, Kataloniya təmsilçisi bu mövsüm futbolçu və məşqçi heyətinin maaşından bütövlükdə 122 milyon avro “kəsəcək”.

Azalan gəlirləri maaş endirimi ilə sığortalamağa çalışan “Barselona” artıq bununla bağlı həm oyunçularla, həm də məşqçilərlə razılığa gəlib. Klub daha 50 milyon avroluq məbləğin də qarşıdakı 3 il ərzində hissə-hissə ödəniləcəyini açıqlayıb.

Daha öncə 271 milyon avroluq borcu olan “Barselona”da bu məbləğ pandemiyadan sonra 488 milyon avroya çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!