Messi lazım deyil?

23 Noyabr 2020 22:40 İspaniya 756
Messi lazım deyil?

"Barselona"nın futbolçusu Lionel Messi Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Dinamo" (Kiyev) ilə oyunu buraxacaq.

Sportinfo.az xəbər verir ki, argentinalı hücumçunun adı sözügedən matç üçün iştirak ərizəsinə daxil edilməyib.

Kataloniya təmsilçisinin baş məşqçisi Ronald Kuman 33 yaşlı oyunçuya istirahət vermək üçün bu addımı atdığını bildirib:

"Çempionlar Liqası qrupundakı mövqeyimiz olduqca rahatdır. Doqquz xal topladıq. Leonel Messi və Frenk De Yonqun istirahətə ehtiyacı var idi".

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq
21 Sentyabr 00:30 “Bu, məni çox üzür”