"Qarabağ"ın İsveçdən olan rəqibi səfərdə uduzdu

4 Sentyabr 2023 02:20 İspaniya 548
"Qarabağ"ın İsveçdən olan rəqibi səfərdə uduzdu

İsveç çempionatında 22-ci turun görüşləri davam edir.

Sportinfo.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Hekken" səfərdə "Degerfors"un qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 62-ci dəqiqədə Elyas Bouzaiene vurub.

22 turdan sonra 44 xal toplayan "Hekken" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

"Qarabağ" Avropa Liqasının H qrupunda "Hekken"lə yanaşı "Bayer" və "Molde" ilə mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti