Neymar PSJ ilə anlaşdı, "Barselona"ya qayıdır

5 İyul 2020 23:38 İspaniya 1 150
Neymar PSJ ilə anlaşdı, "Barselona"ya qayıdır

Neymar "Barselona"ya transfer olunmaq üçün PSJ ilə anlaşıb.

Sportinfo.az xəbər verir ki, Kataloniya klubu bu yay braziliyalı futbolçunu heyətinə qatmaq istəsə, PSJ onun keçidinə mane olmayacaq.

PSJ isə Neymardan mövsümün sonuna qədər komandada qalmasını və UEFA Çempionlar Liqasında öhdəliklərini yerinə yetirib, ən yaxşı şəkildə çıxış etməsini istəyib.

"Barselona" keçən yay da Neymarı heyətinə qatmaq istəmiş, lakin bu transfer baş tutmamışdı. Neymarın PSJ ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti