"Mənə ən çox problem yaradan məhz o idi" - FOTO

21 May 2020 00:56 İspaniya 532
"Mənə ən çox problem yaradan məhz o idi" - FOTO

Məşhur italyan mütəxəssis Fabio Kapello “Real”da çalışdığı dönəm barədə danışıb.

Sportinfo.az xəbər verir ki, Kapello, ona “kral klubu”nda ən böyük problemi kimin yaratdığını da deyib.

O, braziliyalı Ronaldodan gileylənib: “Ronaldo işlədiyim ən böyük istedad idi. Bir-birimizi başa düşürdük. Ancaq mənə ən çox problem yaradan da məhz o idi.

Hər nə olursa olsun, gecə partiyaları olurdu. Bir dəfə Van Nistelroy dedi: "Cənab, paltardəyişmə otağına alkoqol iyindən girmək olmur”.

Ronaldo “Milan”a keçəndə biz qalib gəlməyə başladıq. Amma etiraf etməliyəm ki, o, böyük istedada sahib idi”.

Ronaldo “Real”da 2002-2007-ci illərdə çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti